Yaponiyada qida məhsullarında vaxtaşırı radiasiya aşkarlanır

Yaponiyanın ən böyük ticarət şirkətlərindən olan Aeon şirkəti bildirib ki, onun Tokiodakı bir neçə mağazaya göndərdiyi mal ətində radiasiya ola bilər.

Fukushimo Daici Atom Elektrik Stansiyasında baş vermiş qəzanın üstündən 4 ay ötsə də Yaponiyada tərəvəz, çay, süd, dəniz məhsulları və içməli suda tez-tez radiasiya aşkar edilir.

Amma hakim dairələr qida məhsullarında aşkar edilən radiasiyanın səviyyəsinin insan orqanizmi üçün təhlükəli olmadığını deyir.
rzaq məhsulları stansiyasında