Yerli taxıl xaricdən gətiriləndən keyfiyyətlidir

Azərbaycanda istehsal olunan taxıl xaricdən gətirilən taxıldan daha keyfiyyətlidir.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyir.

Onun sözlərinə görə, yerli məhsulun təxminən 80 faizi çörəkbişirmə sənayesində istifadəyə tam yararlıdır və yerli taxıl bütün standartlara tam cavab verir.