AŞPA-nın Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyası

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Lukas Volontenin (Lucas Volonte) rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 19-da Azərbaycana səfər edəcək.

Bu barədə «APA»ya Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov məlumat verib.

Millət vəkilinin dəvəti ilə Azərbaycana gələcək 11 nəfərdən ibarət qrupun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbulu gözlənilir.

Nümayəndə heyəti rəsmi görüşlərlə yanaşı, Sənqəçal Neft Terminalına səfər edəcək. Onlar Bakıda dinlərarası dialoq və Avropa dəyərlərinə dair dəyirmi masada iştirak edəcəklər.

Səfər iyulun 22-də başa çatacaq.