«Azəralüminium» Gəncədə fəaliyyətini bərpa edir

Fəaliyyətə başlayan kimi müəssisə 6 min nəfəri işlə təmin edəcək.

Bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib. Bildirib ki, Gil Torpaq İstehsalat Birliyi avqustun 1-dən fəaliyyətə başlayacaq. Əvvəlcə müəssisənin bir hissəsi fəaliyyətə başlayacaq. Daha sonra isə alüminium zavodu tam gücü ilə işləyəcək.

Gil Torpaq İstehsalat Birliyi Gəncənin ən böyük sənaye müəssisəsidir.

Zavod iqtisadi böhran nəticəsində xammalını dünya bazarında sata bilmədiyi üçün iki il əvvəl fəaliyyətini dayandırıb.