Suriyada kütləvi həbslər aparılır

Suriyalı hüquq müdafiəçiləri paytaxt Dəməşq və onun ətraflarında kütləvi həbslər aparıldığını xəbər verirlər.

Məlumatlara görə Milli-Demokrat partiyasının liderlərindən biri Corc Sabra da həbs olunanlar arasındadır.

Amnesty İnternational təşkilatı həbs olıunanlara işgəncə verilməsindən narahatdır.

Çərşənbə axşamı Suriyanın bir çox şəhərlərində prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilib.

Məlumatlara görə Homs şəhərində təhlükəsizlik qüvvələrilə toqquşmalarda azı 16 adam ölüb.

Martın ortalarından bu yana Suriyada mövcud rejimə qarşı kütləvi nümayişlər keçirilir.