Özbəkistanda baş vermiş zəlzələdə azı 13 adam ölüb

Özbəkistanın Fərqanə vilayətində baş vermiş 7 ballıq zəlzələdə azı 13 nəfər ölüb, 80-dən artıq adamsa yaralanıb.

Bu barədə Özbəkistanın fövqəladə hallar nazirliyi xəbər verir.

Zəlzələnin mərkəzi Paytaxt Daşkəndin 200 kilometrliyində olub.

Həmçinin qonşu Qırğızıstan və Tacikistanın paytaxtında yeraltı təkanlar hiss olunub.