Xəzəryanı ölkələrin sammiti Rusiyada keçiriləcək

Xəzəryanı ölkələrin növbəti sammiti Rusiyada keçiriləcək.

İTAR-TASS-ın məlumatına görə, bu barədə çərşənbə günü Moskvada Rusiya prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovin məlumat verib.

Moskvada Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanmasına dair xüsusi işçi qrupun 29-cu iclası keçirilib.

Qolovin işçi qrupunun növbəti iclasının Astanada keçiriləcəyini deyib.