Sentyabrın 1-dən doktoranturaya sənəd qəbulu başlayır

Bu barədə «Trend»ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 1-ci vitse-prezidenti Arif Həşimov bildirib.

İmtahanlar oktyabrda keçiriləcək.

Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə aparılacaq.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3, qiyabi təhsilin müddəti 4, dissertantlıq yolu ilə 4 ildir.

Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4, qiyabi 5, dissertantlıq yolu ilə 3 ildir.