Latviyada parlament buraxıla bilər

Bu gün Latviyada Parlament-Seymin buraxılmasıyla bağlı ümummilli referendum keçirilir.

Referendum keçmiş prezident Valdis Zatlersin təşəbbüsüylə keçirilir.

O deputatları korrupsiyanı ört-bastır etməkdə ittiham edir.

Əgər referenduma gələnlərin sadəcə çoxu bu təşəbbüsü dəstəkləsə onda seym buraxılacaq və yaxın 2 ay ərzində yeni seçkilər keçiriləcək.

Son məlumata görə, latviyalıların əksəriyyəti seymin buraxılmasına səs verəcək.