Separatçılığa görə 377 il iş aldı

Madrid məhkəməsi baskların separatçı ETA təşkilatının keçmiş lideri Garikoitz Aspiazunu 377 il həbs cəzasına məhkum edib.

O 20 hücum və qətlin təşkilində ittiham olunurdu.

Aspirazu 2008-ci ildə Fransada həbs olunub, bir qədər sonra isə İspaniyaya verilib.

ETA təşkilatı 40 il ərzində 820-dən çox adamın qətlinə görə cavadehlik daşıyır.