Dəniz quldurları İtaliya tankerini ələ keçiriblər

Dəniz quldurları Qvineya körfəzində İtaliya tankerini zəbt ediblər.

Tankerdə 23 adam var.

Onlardan 20-si filippinli, 2-si italiyan, biri isə rumınyalıdır.

Yanacaq aparan tanker Benin sahillərinin yaxınlığında zəbt edilib.

İtaliyanın xarici işlər nazirliyi və tankerin sahibi girovları azad etməyə çalışırlar.