Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfərinin tarixi açıqlanıb

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 27-də Azərbaycana rəsmi səfərə gələcək.

Bu, 12 iyun seçkilərindən sonra R.T.Ərdoğanın ikinci xarici səfəridir. Birinci səfər Şimali Kipr Türk Respublikasına olub.

Azərbaycana səfəri zamanı R.T.Ərdoğan prezident İlham Əliyevlə görüşəcək.

Görüşdə ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunacaq.