Madriddə minlərlə adam etiraz aksiyası keçirib


Bazar günü İspaniyanın paytaxtı Madriddə minlərlə adam işsizlik əleyhinə etiraz aksiyası keçirib. Aksiyada İspaniyanın 30 şəhərindən nümayişçilər iştirak edib. Onlar hökumətdən iqtisadi böhranla mübarizə sahəsinə təcili tədbirlər görülməsini tələb ediblər.

İspaniyada işsizlik 21 faiz təşkil edir. Bu digər Avropa ölkələri ilə müqayisədə ən yüksək göstəricidir.