ABŞ və Ermənistan birgə hərbi təlim keçirəcək

Ermənistan hərbçiləri

ABŞ və Ermənistan ilk dəfə olaraq birgə hərbi təlim keçirmək barədə ilkin razılığa gəliblər.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Davit Karapetyan bildirib ki, hərbi təlimlər ya 2012, ya da 2013-də keçiriləcək. Təlimlər ABŞ və Ermənistanın çoxmillətli sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərini əhatə edəcək.

Bu barədə razılıq bu həftə Vaşinqtonda ABŞ-la Ermənistan arasında keçirilmiş müdafiə məsləhətləşmələrində əldə olunub.

ABŞ Müdafiə nazirinin köməkçisi Aleksandr Verşbou (Alexander Vershbow) Ermənistan Müdafiə nazirinin birinci müavini Davit Tonoyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti ilə danışıqlar aparıb.

Ermənistan indiyə qədər NATO-nun təşkil etdiyi çoxmillətli hərbi təlimlərdə iştirak edirdi.