Polis mayorundan külli miqdarda narkotik götürülüb

Qazax rayon Polis Şöbəsinin Daşsalahlı Polis Bölməsinin təhqiqatçısı işləmiş polis mayoru Rafayel Mirzəyevdən və onunla birlikdə olan Astara rayon sakini Vahid Abdullayevdən 4 kiloqram 125 qram həşiş qətranı götürülüb.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti yayıb.

Toplanmış materiallar aidiyyəti üzrə istintaq aparılması üçün prokurorluq orqanına göndərilib.