50 nəfər kiçik Həccə gedir

Ümrə ziyarətinə 50 nəfər gedir

Ümrə ziyarətini Qafqaz Müsəlmanlar İdarəsi təşkil edir
Azərbaycandan 50-yə yaxın şəxs Ümrə (kiçik Həcc) ziyarətinə gedəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

O bildirib ki, Həcc ziyarəti kimi Ümrə ziyarəti də QMİ ilə Səudiyyə Ərəbistanı arasında imzalanmış protokola əsasən gerçəkləşdirilir:

“Ümrə ziyarətini arzu edənlər QMİ-yə müraciət edir və ziyarət təşkil olunur”.

Ziyarətə gedənlərin hamısı təyyarə ilə yola salınacaq və ölkəyə qaytarılacaq. Azərbaycandan Ümrə ziyarətinə gedənlər Ramazan ayının 10 gününü müqəddəs yerlərdə keçirəcəklər.

Ümumilikdə isə Azərbaycandan bu il Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq 2000-2200 nəfər zəvvar avtobuslarla və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Həcc ziyarəti ilə bağlı viza açmaq üçün artıq 4.6 milyondan artıq insan müraciət edib. Ərəb mediasının yaydığı məlumata görə, bu rəqəm keçən ilin bu vaxtı ilə müqayisədə 1.1 milyon insan çoxdur.