Baş konsula səfir rütbəsi verildi

Prezident İlham Əliyev iyulun 26-da Həsən Zeynalova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

Həsən Zeynalov 2010-cu ilin may ayından Azərbaycanın İstanbuldakı (Türkiyə) baş konsulu vəzifəsini tutur. Həmin müddətədək Türkiyənin Qars şəhərində baş konsul olan Həsən Zeynalov daha əvvəl Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinə rəhbərlik edib.