"Qəbələ" Gürcüstan klublarını yarışa dəvət edib

Qəbələnin baş məşqçisi Tony Adams

“Qəbələ" futbol klubunun təşəbbüsü ilə Qəbələdə Futbol Turniri keçiriləcək. İyulun 30-31-də keçiriləcək turnirdə "Qəbələ", "Kəpəz", "Spartak" (Sxinvali, Gürcüstan) və "Dila" (Qori, Gürcüstan) klubları mübarizə aparacaq.

Turnirin ilk günü "Kəpəz" "Spartak"la, "Qəbələ" isə "Dila" ilə qarşılaşacaq.

Cütlüklərin qalibləri ertəsi gün birincilik, məğlubları isə üçüncülük uğrunda mübarizə aparacaqlar.

"Qəbələ" - "Dila" və final oyunu "İdman Azərbaycan" kanalıyla canlı yayımlanacaq.