Allahşükür Paşazadə: "Yenə İslamafobiya axtarırlar"

Allahşükür Paşazadə

Şeyxülislam hesab edir ki, indi inkişaf etmiş xalqlarda mənəvi cəhətdən çatışmazlıq var

“Təəssüf ki, bu qədər insanı qətlə yetirən şəxs öz günahını bilmir. Avropada mühit görün hansı həddə çatıb ki, baş verənlərdə yenə də İslamafobiya axtarırlar”.

APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Norveçdə törədilən terror haqqında danışarkən deyib.

Şeyxin sözlərinə görə, Avropada “Quran”ın yandırılması ilə müşayiət olunan proses onu göstərir ki, inkişaf etmiş xalqlarda mənəvi cəhətdən çatışmazlıqlar var.

Qeyd edək ki, Norveç vətəndaşı olan xristian Anders Breyvikin ardıcıl törətdiyi iki terror aktında son məlumatlara görə, 76 nəfər həlak olub, xeyli insan yaralanıb.