Erməni snayperi Qazax sakinini ağır yaralayıb

Erməni snayperinin açdığı atəş nəticəsində daha bir azərbaycan sakini yaralanıb.

ANS PRESS-in məlumatına görə, hadisə iyulun 27-də Qazax rayonunun Məzəm kəndi ərazisində baş verib

1988-ci il təvəllüdlü Rahibə Poladova ağır vəziyyətdə Qazax rayon xəstəxanasına çatdırılıb.

Rahibə Poladova 1 uşaq anasıdır və Qazax rayonunun Bağanes Ayrım kəndindən müvəqqəti köçkündür.

Həkimlər onun vəziyyıtinin ağır olduğunu deyirlər.