«Duzlu göl»ə yaxınlaşdıqca uzaqdan kömür və pas rəngli insanlar gözə dəyməyə başlayır. Özlərini başdan-ayağa palçığa tutan bu adamlar bu gölün, onun suyunun müalicəvi əhəmiyyətindən danışırlar. Hərçənd rəsmilər başqa fikirdədir, hətta göldə çimmək qadağan imiş. Bu barədə bir qədər sonra.
«Duzlu göl»ə çatanda, günorta 12-1 radələrində orada adam olmayacağını güman etsək də, yanılmışdıq. Bu gölə gələnlər sinoptiklərin qızmar havada çölə çıxmamaq tövsiyəsinə əməl etmirlər. Zığ-Hövsan şosesinin yaxınlığında yerləşən göldə müşahidələrimizdən biri də, bura gələnlərin əksəriyyətinin yaşlılar olmasıdır. Gölə gələnlər yarızarafat, yaşa dolduqca orqanizmdə xəstəliklərin sayının artması ilə izah edirlər.
Gölün ətrafında bir neçə yerdə palçıqlı vannalar gözə dəyir. Suyun dibindən çıxarılan palçığı burda 50 qəpiyə satırlar. Yaxınlıqdakı ərazidən toplandığı deyilən yodlu qarışığın da qiyməti eynidir.
«DUZLU GÖL»Ə REGİONLARDAN DA GƏLİRLƏR
«Bu, əsəb, ürək üçün, damarlar üçündür. Ancaq qara palçıq duzludur. Revmatizm, duz, osteoxondrozu aparır. Elə xəstəxanalar var ki, burdan yığıb aparırlar. Məsələn, Mərdəkanın «Abşeron», Abşeronun «Günəşli» sanatoriyasında bu palçıqdan istifadə olunur».
50-55 yaşlarında olan Vaqif dayı «Duzlu gölə» Qubadan gəldiyini deyir. Onun kimi regionlardan, hətta qonşu Gürcüstandan da gölün sorağını eşidib gələnlər var.
Vaqif dayının dediyinə görə, əvvəllər ağrıkəsici dərmansız qala bilməsə də, son 5-6 gündə özünü daha gümrah hiss etməyə başlayıb, ağrıları da keçib:
«Mən 30 il «apteçnı poyezd» gəzdirmişəm, bir çox sanatoriyalarda, xəstəxanalarda olmuşam. Belimdə nəmişliyə görə ağrılar, revmatizm vardı. İndi bir həftədir gəlirəm, hiss edirəm ki, ağrılar gedir. Ayda 4-5 ağrı kəsici iynə vurdururdum. Bura girəndən sonra nə ağrı var, nə iynə vururam».
QARA LİBASLI DALĞIC
Mehman ailəliklə gölə gəlib, deyir əsas səbəb qızları Nərgizin səpkiləridir. Bir neçə ay müalicə olunsa da, nəticə olmayınca həkim «Duzlu gölə» getməyi məsləhət görübmüş. Bu səbəbdən də özü, yoldaşı və qızı özlərini qara palçığın ixtiyarına buraxıblar. Mehman boyanmamış saçından və gözlərindən başqa görkəmi ilə qara libas geymiş dalğıcı xatırladır:
- Bir-iki gündür gəlirik. Şor sudur, uşağın qolu səpkilidir, ona görə həm ziyarət, həm ticarət məqsədi ilə gəlmişik. Həkim də demişdi ki, imkan varsa, duza gedin. Çox həkimə getmişik, 2-3 iynə-dərman yazsa da, faydası olmayıb.
- Həkimə getdim, özü yolladı bura. Faydası var, səpgilərimi aparır.
«Duzlu göl»də söhbət etdiyim adamların hamısı göldən razı qaldıqlarını, yeganə şikayətlərinin antisanitariya şəraiti olduqlarını dedilər. «Kasıblar üçün müalicə mərkəzi» adlandırılan bu məkanın ətrafı hasarlanmış olsa da, istirahət etmək, gündən daldalanmaq üçün şərait qənaətbəxş deyil. Bakı çimərliklərinin əksəriyyətində olduğu kimi ətrafda zibil torbaları, butulkalar, natəmizlik gözə dəyir.
2006-CI İLDƏN DUZLU GÖLDƏ ÇİMMƏK QADAĞANDIR
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirir ki, artıq 5 ildir respublika baş dövlət sanitar həkiminin qərarı ilə göldə çimmək qadağandır. Hər il olduğu kimi bu il də Suraxanı rayon hüquq-mühafizə orqanlarına, bələdiyyə, icra hakimiyyəti nümayəndələrinə məktub göndərilib:
«Biz məktubları göndərmişik, ora da hüquq-mühafizə orqanı, bələdiyyənin ərazisidir. Buraxmasınlar da, biz nə edək? Orda antisanitar vəziyyətlə əlaqədar olaraq çimməyə qadağa qoyulub. Biz profilaktiki qərar qəbul edirik, vətəndaşlarımız isə çimirlər, gərək çimməsinlər».
GÖLÜN MƏCBURİ KÖÇKÜN SAKİNLƏRİ
1993-cü ildən ərazidə məskunlaşan 42 məcburi köçkün ailəsinin öz dərdi var. Səbəb gölün yavaş-yavaş əllərindən çıxmasıdır. Zəngilan köçkünü İxtiyar kişi deyir ki, «Duzlu göl»də kafe, çayxana, duş qəbul etmək üçün bir neçə obyekt tiksələr də, həmin obyektləri 4 dəfə söküblər:
«Heydər Əliyevin 1997-ci il qərarı var ki, heç bir göl, heç bir çəmənlik satışda ola bilməz. O zaman satışda ola bilər ki, orda dövlət əhəmiyyətli obyekt tikilsin. Bunlar isə deyir ki, biz pul verib almışıq, çəkilin qırağa».
«Duzlu göl»lə bağlı ərazidə yaşayan məcburi köçkünlər Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun adını çəksələr də, bu məlumatlar təsdiqlənməyib. Suraxanı rayon məhkəməsi isə bu yaxınlarda Gülnarə Məmmədova adlı şəxsin xeyrinə qərar çıxarıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Gülnarə Məmmədovaya 49 illiyə icarəyə verilən «Duzlu göl»ün 14 hektardan artıq ərazisində sağlamlıq-istirahət mərkəzi yaradılacaq.
... «Duzlu göl»dən uzaqlaşsaq da hələ də suyun üzərində batmayan adamlar, kənarda isə özünü günə verən qara və qəhvəyi siluetlər gözə dəyirdi...