Dünya çempionatında Azərbaycanın rəqibləri bəlli oldu

Arxiv foto

2014-cü ildə Braziliyada keçirilməsi planlaşdırılan futbol üzrə Dünya çempionatının seçmə mərhələsinin püşkatması keçirilib.

Püşkatmanın nəticəsinə görə, F qrupunda yer alan Azərbaycan yığması Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq yığmaları ilə mübarizə aparacaq.

FİFA-nın məlumatına görə, Dünya çempionatına 2014-cü ilin 12 iyununda start veriləcək, yarışma bir ay davam edəcək.

Final oyununun iyulun 13-də keçirilməsi planlaşdırılır. Mundialda iştirak üçün Avropa zonasında qarşılaşacaq yığmaların cədvəli:

Avropa zonası

A QRUPU

B QRUPU

1 Xorvatiya 1 İtaliya
2 Serbiya 2 Danimarka
3 Şotlandiya 3 Çexiya
4 Belçika 4 Bolqarıstan
5 Makedoniya 5 Ermənistan
6 Uels 6 Malta

C QRUPU

D QRUPU

1 Almaniya 1 Hollandiya
2 İsveç 2 Türkiyə
3 İrlandiya 3 Macarıstan
4 Avstriya 4 Rumıniya
5 Farer adaları 5 Estoniya
6 Qazaxıstan 6 Andorra

E QRUPU

F QRUPU

1 Norveç 1 Portuqaliya
2 Sloveniya 2 Rusiya
3 İsveçrə 3 İsrail
4 Albaniya 4 Şimali İrlandiya
5 Kipr 5 Azərbaycan
6 İslandiya 6 Lüksemburq

G QRUPU

J QRUPU

1 Yunanıstan 1 İngiltərə
2 Slovakiya 2 Çernoqoriya
3 Bosniya və H. 3 Ukrayna
4 Litva 4 Polşa
5 Latviya 5 Moldova
6 Lixtenşteyn 6 San-Marino

İ QRUPU

1 İspaniya
2 Fransa
3 Belarus
4 Gürcüstan
5 Finlandiya