İsrail - Livan sərhədində atışma olub

Bu gün İsraillə Livan sərhədində atışma olub. İsrail tərəfi bildirir ki, livanlı əsgər sərhəddə işləyən israillilərə atəş açıb. Livan əsgərləri isə bildiriblər ki, israillilərin açdığı atəşdən sonra onlar cavab atəşi açıblar.

Xəsarət alanlar haqqında məlumat verilmir.

Hadisə İsrailin şimalındakı Kiryat Shmona şəhəri yaxınlığında baş verib.