2 aprel məhbuslarından altı nəfərin məhkəməsi keçirilir

Avqustun 2-də Səbail rayon Məhkəməsində Sahib Kərimov, Arif Alışlı, Elnur İsrafilov, Babək Həsənov, Zülfüqar Eyvazov və Elşən Həsənovun işi üzrə məhkəmə iclası davam edir.

Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilirlər. İttiham aktına görə bu 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

Həmin aksiyaya görə ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.