ABŞ-ın Baş Qərargah rəisi deyib ki, Suriyada zorakılıq dərhal dayandırılmalıdır

Bağdadda mətbuat konfransı keçirən Amerikanın Baş qərargah rəisi Admiral Mike Mullen deyib ki, "Suriyada zorakılıq mümkün qədər tez dayandırılmalıdır."

"Suriya xalqı fərqli və islahat olunmuş hökumət və idarəçilik istəyir. Dünyanın bir çox ölkəsi prezident Bəşər Əsədi dəyişikliyə çağırırlar.
Biz ümid edirik ki, zorakılıq dərhal dayandırılacaq və dəyişikliklər başlanacaq."