Dünya Bankı məcburi köçkünlərə növbəti kredit ayırır

Bu ilin sentyabrında Dünya Bankı məcburi köçkünlər üçün Azərbaycana 50 milyon dollar kredit ayıracaq.

Turanın məlumatına görə, layihənin qiyməti 74,5 milyon dollardır.

Bunun 24,5 milyonunu Azərbaycan hökuməti ayıracaq.

Bu vəsait məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunacaq.

Bu, Dünya Bankının Azərbaycanda məcburi köçkünlərə ayırdığı dördüncü kreditdir.
Əvvəlki kreditlər 10 , 11,5 və 15 milyon dollar məbləğində olub.