Suriyada müxalifət partiyalarının fəaliyyətinə icazə verilib

Suriya prezidenti Bashar Assad müxalifət partiyalarının fəaliyyətinə icazə verən fərman imzalayıb.

Bu barədə Suriyanın rəsmi SANA agentliyi xəbər verir.

Bu 1963-cü ildən hakimiyyətdə olan Bəəs partiyasının manapoliyasına son qoyulmasına çalışan müxalifətin əsas tələblərindən biriydi.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 1700-dən çox adamın öldürüldüyünü deyirlər.