İyulda Azərbaycandan 1070 əcnəbi vətəndaş çıxarılıb

Foto: Arxiv

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) iyulda ölkədən çıxarılan əcnəbilərin statistikasını açıqlayıb.

Məlumatda deyilir ki, iyul ayında 1241 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 171 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 852 əcnəbi barəsində 48 saat ərzində ölkəni tərk etmə, 218 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.