Həfətnin şəkilli mənzərəsi
Özlərini «Medvedev Girls» adlandıran və Medvedevin ikinci dəfə prezident seçilməsini istədiklərini deyən uzun ayaqlı, qısa şortikli qızlar avqustun 5-də Moskvada Puşkin meydanında pivəsini onların verdəsinə boşaldan adamlar üçün soyunublar. Bununla onlar həm Medvedevin ikinci dəfə prezident seçilməsinə, həm də onun təşəbbüsü ilə qəbul edilmiş və iyulun əvvəlindən qüvvəyə minən spirtli içkilər əleyhinə qanunun icrasına dəstək verdiklərini deyirlər.
Foto: Dmitry Kostyukov - AFP
Misirin 83 yaşlı keçmiş prezidenti Hosni Mubaraki məhkəmə zalına xərəkdə gətiriblər. Mubarak və onun 2 oğlu Qahirədə avqustun 3-də başlanan məhkəmədə irəli sürülmüş ittihamları rədd ediblər. Onlar korrupsiya və bu ilin fevralında yüzlərlə dinc nümayişçinin öldürülməsində ittiham olunurlar. Günahı sübuta yetirilssə, Mubarakı ölüm hökmü gözləyir.
Məhkəmə zalının ətrafında Mubarakın tərəfdarlarıyla əleyhdarları arasında qısa qarşıdurma yaranıb. Mubarakın əllərində kəndir gəzdirən əleyhdarları onun asılnmasını tələb ediblər.
Foto: Amr Nabil - AP
Kreml yönümlü gəncələr təşkilatının fəalları Moskvadan 450 kilometr şimal-şərqdəki yay düşrəgəsində Baş nazir Putin və Prezident Medvedvin portreti qarşısıdna rəqs edirlər. Müxalifət bu qrpu hökuməti tənqid edənlərə hücumlarda və təhqir etməkdə günahlandırır.
Foto: Mikhail Metzel - AP
Rusiyanın Baş naziri Vladimir Putin də Kreml yönümlü gəncələrin yay düşrəgəsində divara drımanma qabiliyyətini nümayiş etdirir.
Foto: Mikhail Metzel - AP
Tehranda bu qadın qarğıdalı dəstəsinin yanından keçib Ramazan namazına tələsir.
Foto: Morteza Nikoubazl - Reuters
Avqustun 5-də Ukrayna məhkəməsi keçmiş Baş nazir Yuliya Tymoshenkonun həbsinə qərar verib. Tymoshenkonun aparıldığı maşını onun tərəfdarları dövrəyə alıb, polislə qarşıdurma yaranıb.
Foto: Vladimir Sindeyev - Reuters
İran Hərbi Hava Qüvvələrinin müdavimləri Tehranda Ramazan bayramı münasibətilə cümə namazında iştirak edirlər.
Foto: Vahid Salemi - AP
Moskvada keçirilən etiraz aksiyasında müxalifət fəallarından biri həbs edilir.
Foto: Denis Sinyakov - Reuters
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Alma-Atı metrosuna baş çəkib. Metro ilin sonuna istifadəyə verilməlidir.
Foto:
Shamil Zhumatov - Reuters