İraqda törədilmiş 2 partlayışda azı 6 adam ölüb

Bazar günü İraqda törədilmiş 2 partlayışda azı 6 nəfər ölüb, 10-dan artıq adam isə yaralanıb.

Ölənlərdən 2-si uşaqdır.

Polisin məlumatına görə, İsgəndəriyyə şəhərindəki iki yaşayış binasının ətrafına bomba qoyulubmuş.

İsgəndəriyyə şəhəri Bağdadın cənubunda yerləşir.

Partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.