Tailandda daşqın nəticəsində azı 20 adam ölüb

Tailandın şimalında daşqın və qasırğa nəticəsində azı 20 adam ölüb.

Ölkənin şimal-və şimal-şərq rayonlarında bir həftədir ki, leysan yağışları yağır.

100 min hektara yaxın kənd təsərrüfatı sahəsini su basıb.

Çinin şərqində isə “Muifa” qasırğasına görə, 400 minədək sakin evakuasiya olunub.