Türkiyə Suriyaya "ciddi mesaj" verəcək

Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu avqustun 9-da Dəməşqə gedir, Suriya hökumətinə hökumət əleyhinə nümayişlərin iştirakçılarına qarşı zorakılığı dayandırması üçün təzyiq edəcək.

Səfərdən əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Suriyada törədilən qəddarlıqdan “səbri tükənir” və xarici işlər naziri də Dəməşqə səfəri zamanı hökumətə “ciddi mesaj” verəcək.

İnsan haqları fəalları prezident Bashar al-Assadin avtoriatar idarəçiliyinə qarşı mart ayından başlanan nümayişlərdə 1700-dən çox adamın öldüyünü, minlərlə adamın həbs edildiyini bildirir.

Dünən Səudiyyə ərəbistanı, Küveyt və Bəhreyn Dəməşqdən səfirlərini geri çağırıb.