Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü olub

Qəbələ RLS

Moskvada Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov və Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev arasında görüş olub.

Danışıqlarda əsas diqqət Qəbələ RLS-in fəaliyyətinə ayrılıb.

A.Serdyukov iyulun 24-25-də Azərbaycanda səfərdə olub. O, Qəbələ RLS-in icarə müddətinin artırılması ilə bağlı danışıqlar aparıb. A.Serdyukov jurnalistlərə bildirib ki, Rusiya Qəbələ radiolokasiya stansiyasının istismarına dair təkliflər hazırlayıb:

«Biz Qəbələ RLS ilə bağlı öz təkliflərimizi hazırlamışıq. Bundan başqa, biz stansiyanı modernləşdirməyi təklif edirik. Rusiyanın Qəbələ RLS-i modernizə etməklə bağlı müəyyən planları var. Yaxın günlər ərzində işçi qrup formalaşdırılaraq Bakıya göndəriləcək. Qrup iki həftə ərzində stansiyanın istismarının davam etdirilməsinə dair texniki məsələləri azərbaycanlı həmkarları ilə müzakirə edəcəklər».

A.Serdyukov səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, daha sonra Qəbələ radiolokasiya stansiyasına baş çəkib. /apa/