Liviya üsyançıları Tripoli istiqamətində hücuma keçib

Liviyanın qərbində üsyançılar Qaddafi qüvvələrinin müqavimətini qırmağa cəhd göstərirlər.

Üsyançılar paytaxt Tripoli istiqamətində 2 cəbhədən hücuma keçiblər.

Həmçinin ölkənin şərqində iri neft terminallarının yerləşdiyi Breqa şəhəri uğrunda döyüşlər gedir.

Məlumatlara görə son 2 gün ərzində hər iki tərəfdən 20-dən çox adam ölüb.