«Qızıl Xaç» 3 erməni hərbçi və 5 mülki şəxsə baş çəkib

Əsirlərin mübadiləsi, 4 noyabr 2010

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 11-də Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.

Bu barədə «APA»ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib. Əsirlərin saxlanma şəraitinin və fiziki durumlarının monitorinqi aparılıb. Azərbaycanda saxlanılan şəxslərə 4 «Qızıl Xaç» məktubu çatdırılıb, onlardan isə 5 «Qızıl Xaç» məktubu alınıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, QayanePetros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən Ohan ArutunyanGevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib.

Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.