16 bələdiyyənin fəaliyyəti ilə bağlı materiallar prokurorluğa göndərilib

16 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları üzrə materiallar prokurorluğa göndərilib. Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

İclasda bildirilib ki, inzibati nəzarət qaydasında 16 minə yaxın bələdiyyə aktı yoxlanılıb. Nazirliyin təklifləri əsasında 400-ə yaxın akt qanuna uyğun olmadığından dəyişdirilib və ya ləğv edilib. 16 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə bağlı materiallar prokurorluğa göndərilib.