Latakıyada qaçqın düşərgəsi atəşə tutulub (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Dördüncü gündür Suriyanın hökumət qüvvələrinin ölkənin şimalındakı Latakaiya liman şəhərində hərbi əməliyyatları davam edir. Bu gün tanklardan istifadə edilib. Latakiyada 30-a yaxın adamın öldüyü bildirirlir. Bu şəhərdən həvəskarın çəkdiyi video.

Artıq dördüncü gündür Suriyanın hökumət qüvvələri mühasirədəki Latakiya liman şəhərində hərbi əməliyyatları davam etdirir, tanklardan istifadə olunur. BMT xəbər verir ki, əməliyyatlara görə, qaçqın düşərgələrində məskunlaşmış minlərlə fələstinli ərazini tərk etməyə məcbur olub. 10 min qaçqının yarısı düşərgədən qaçıb.

BMT-nin qaçqınlara yardım və işlər agentliyinin sözçüsü Christopher Gunness bildirib ki, qaçqınların düşərgəni tərk etməsinə səbəb hərbi-dəniz qüvvələrinin gəmiləri və tankların şəhəri həftə sonu atəşə tutması olub. Azı 4 nəfərin qaçqın düşərgəsində öldüyü bildirilir.

10 MİN QAÇQININ YARISI DÜŞƏRGƏDƏN QAÇIB

BMT rəsmisi Suriya hökumətini təcili olaraq humanitar yardım işçilərinin əraziyə keçməsinə şərait yaratmağa çağırıb:

Bunlara da nəzər salın
“Biz Latakiyadakı vəziyyətə görə həddindən artıq narahatıq. Şəhərdə qaçqın düşərgəsindəki qaçqınların yarısı - 10 mindən 5 mini oradan qaçıb. Təhlükəsizlik xidmətinin dediyinə görə, onlar gəmilərdən və qurudan atılan atəşə görə ərazini tərk ediblər. Biz Suriya rəsmilərinə humanitar dəhzlik yaradılmasını, proqramlarımızı icra etmək istədiyimizi demişik”.

Suriyalı fəallar şənbə günündən Latakiyada azı 27 nəfərin öldüyünü məlumat verir. Hərçənd ABŞ Dövlət departmanti dünən Suriya hərbi-dəniz qüvvələrinin gəmilərinin şəhəri atəşə tutmasını təsdiqləyə bilmədiklərini deyib.

TÜRKİYƏ SURİYANI BİR DAHA XƏBƏRDARLIQ EDİB

Beynəlxalq ictimaiyyət, o cümlədən qonşu İordaniya hücumu pisləyib. Suriyanın yaxın müttəfiqi olmuş Türkiyə də Dəməşqi nümayişçilərə qarşı hərbi əməliyyatları dərhal dayandırmağa ya da bunun nəticələri ilə qatlaşmalı olacağını deyib.

Ötən həftə Suriyada səfərdə olan Türkiyənin XİN Əhməd Davudoğlu bildirib ki, əgər əməliyyatlar dayanmasa “atılacaq addımlarla bağlı deyiləcək söz qalmayacaq”.

Hökumət qüvvələri
“Dünən və bu gün Deir al-Zor and Latakiyada yaşananlar bağışlana bilməz. İnsan hüquqlarına hörmətlə bağlı baş verənlər yalnız Suriyanın daxili işləri ola bilməz. Bu gün biz yenidən Suriya rejimini böyük şəhərlərdə dinc sakinlərə qarşı artan əməliyyatları dərhal və şərtsiz dayandırmağa çağırırıq”.

Lakin etirazlara baxmayaraq prezident Bashar al-Assad-ə yaxın qüvvələr aylardır prezidentin istefasını tələb edən nümayişçilərə qarşı əməliyyatları davam etdirir. Təhlükəsizlik qüvvələrinin Suriya-Livan sərhədi yaxınlığındakı Simakayeh ərazisinə hücum etdiyi deyilir. Suriya rəsmiləri iddia edirlər ki, onlar bu yolla banditizmlə mübarizə aparırlar.

“Amnesty İnternational” təşkilatının məlumatına görə, Suriyada mart ayının ortalarından başlanan hökumət əleyhinə nümayişlərdə 1700-ə yaxın dinc sakin ölüb. Hüquq müdafiəçiləri bu dövrdə azı 12 min nəfərin həbs olunduğunu, rəsmi Dəməşq isə hökumət qüvvələrinin 500 itki verdiyini bildirir.

Etirazlar başlayandan bir sıra xarici mətbuat və beynəlxalq hüquq müdafiə qruplarının fəaliyyətinə qadağa qoyulduğundan bu ölkə ilə bağlı məlumatları müstəqil şəkildə yoxlamaq mümkün deyil.