Bazardakı partlayışda azı 7 adam ölüb

Əfqanıstanın Uruzgan əyalətində bazarda baş verən partlayış nəticəsində azı 7 adam ölüb, 8 nəfər yaralanıb.

Partlayış dünən gecə olub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, ölənlərin hamısı mülki şəxslərdir.

Hadisə ilə bağlı araşdırma aparılır.