Obama təkbaşına fəaliyyət göstərən terrorçunu daha təhlükəli sayır

ABŞ prezidenti Barack Obama hesab edir ki, indi təkbaşına hərəkət edən terrorçu ölkınin milli təhlükəsizliyi üçün terrorçu qruplardan daha təhlükəlidir.

O bunu CNN-nə müsahibəsində deyib.

Obama qeyd edib ki, Birləşmiş Ştatlar 11 sentyabr teror aktlarından bu yana Əl Qaidə ilə mübarizədə böyük uğurlar qazanıb.