«Yeni Fikir» Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin 1 saylı cəzaçəkmə müəssisəsində keçirilməli məhkəmə prosesi təxirə salınıb. Dövlət ittihamçısı məhkəməyə hazır olmadığını bildirib.
Proses avqustun 22-də saat 15.00-da davam edəcək.
R. Bəşirlinin vəkilinin dediyinə görə, proses Nizami rayon məhkəməsində keçirilməli olsa da, son anda iddiaya 1 saylı cəzaçəkmə müəssisəsində baxılacağı deyilib.
Ruslan Bəşirli cəzasının dörddə üçünü çəkdiyindən onun vaxtından əvvəl azad edilməsi ilə bağlı iddia qaldırılıb.
R. Bəşirli hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə 2005-ci ildən həbsdədir. 7 il azadlıqdan məhrum edilib. Hazırda 1 saylı cəzaçəkmə yerində saxlanılır.