Azərbaycanlı və erməni turistlərin olduğu avtobus Gürcüstanda aşıb

Foto arxiv

Gürcüstanda Azərbaycan və erməni turistlərin olduğu avtobus 15 metrlik uçurumdan düşüb.

27-dək adamın yaralandığı,onlardan 3-nün ağır olduğu bildirilir.

Qəza Qudauri kurortunun yerləşdiyi dağlıq ərazidə baş verib.

Araşdırma gedir.

Bu barədə İnterfaks agentliyi xəbər verir.