Kabildəki partlayışları Taliban üstünə götürüb

Bu gün Kabilin mərkəzində baş vermiş iki partlayışa görə məsuliyyəti Taliban qrupu üstünə götürüb.

Partlayışı intiharçı törədib. Son məlumatlara görə, partlayış nəticəsində 3 nəfər həlak olub. Onlardan ikisi polisdir.

Bundan əvvəl Heratda baş verən partlayış nəticəsində azı 24 nəfər ölmüşdü.