Misir İsraildəki səfirini geri çağırıb

Misir hökuməti sərhəd bölgəsində 5 polisin ölümünə görə İsraildəki səfirini geri çağırıb.

Polislər İsrail hərbçilərinin sərhəd bölgəsində fələstin yaraqlılarına qarşı keçirdiyi əməliyyat zamanı ölüb.

Misir hökuməti İsrail səfirliyinə rəsmi etiraz bildirib və insidentin araşdırılmasını tələb edib.

İsrail komandanlığı məsələnin araşdırılacağını vəd edib.