Estoniya müstəqilliyinin bərpasını qeyd edir

Şənbə günü Estoniyada ölkənin müstəqilliyinin bərpasının 20 illiyi qeyd olunur.

1991-ci il avqustun 20-də keçmiş SSSR-də dövlət çevrilişinə cəhd edilərkən Estoniya parlamenti ölkənin müstəqilliyinin bərpasını elan etdi.

Bu münasibətlə bu gün ölkədə təntənəli mərasimlər keçirilir.

Bu mərasimlərdə xüsusilə Estoniyanı birinci tanıyan İslandiyanın rolu qeyd ediləcək.

Buna görə avqustun 21-i Tallində İslandiya günü elan edilib.