Feyziyyə Hacıyeva
Görkəmli ingilis yazıçısı, “Oliver Tvistin macəraları” kimi dünyaca məşhur əsərin müəllifi Çarlz Dikkens (1812-1870) ona ölümündən sonra heykəl qoyulmamasını vəsiyyət etmişdi.
Amma indi yazıçının doğma şəhəri Portsmutda bu vəsiyyəti pozmağa hazırlaşırlar.
Şəhər hakimiyyəti qərara gəlib ki, anadan olmasının 200 illiyi ilə bağlı mərkəzi meydanda Dikkensə heykəl qoyulsun.
Heykəlin müəllifi Martin Cenninqdir. Heykəltəraş prototip olaraq yazıçının öz qızlarına kitab oxuduğu fotodan istifadə edib.
Məşhur yazıçının vəsiyyəti indiyəcən yalnız bir dəfə pozulub. Dikkensin bürünc heykəli 1891-ci ildə ABŞ-da – Filadelfiyada qoyulub.