Türkiyədə bir admiral və iki polkovnik həbs edilib


Türkiyədə məhkəmə avqustun 22-də bir admiral və iki polkovnikin həbsi barədə qərar verib. Anadolu agentliyi onların dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində həbs edildiklərini yazır.

Türkiyədə 2003-cü ildə dövlət çevrilişi cəhdi olması barədə iddialara görə artıq Türkiyə ordusunda hər 10 generaldan biri həbsə atılıb.

Hakim AKP iddia edir ki, 2002-ci ildə onlar seçkidə qalib gələndən az sonra generallar dövlət çevrilişinə hazırlaşıblar.

Bu ayın əvvəlində Türkiyə ordusunun Baş qərargah rəisi də daxil olmaqla bir neçə qoşun növünün komandanı istefa veriblər.