Ukrayna müxalifəti vaxtındanəvvəl seçkilər keçirilməsini tələb edir

Ukrayna müxalifəti Kiyevdə keçirdiyi mitinqdə ölkədə vaxtındanəvvəl parlament və prezident seçkiləri keçirilməsini tələb edib.

Müxalifət həmçinin keçmiş baş nazir Yuliyo Timoşenko və keçmiş daxili işlər naziri Yuri Lutsenkoya qarşı cinayət işinin dayandırılmasını tələb edib.

Həmçinin ölkə rəhbərliyinin sosial-iqtisadi siyasəti tənqid edilib.

Ukrayna bu gün müstəqilliyinin 20 illiyini qeyd edir.

Kiyev məhkəməsi bu ərəfədə Paytaxtın bəzi yerlərində aksiya keçirilməsini qadağan edib.

Amma buna baxmayaraq müxalifətin Kiyevin mərkəzində keçirdiyi mitinqdə minlərlə adam iştirak edib.