Çərşənbə günü Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb.
APA-nın məlumatına görə, bayrağı Liviyanın müvəqqəti işlər vəkili Naci Qəzalə qaldırıb.
O bildirib ki, bu o deməkdir ki, səfirlik Liviyanın Milli Keçid Şurasını tanıyır və artıq diktator Qəddafiyə tabe deyil.
Naci Qəzalə qeyd edib ki, artıq dünyanın 60 ölkəsi Liviyanın Milli Keçid Şurasını tanıyıb və yaxın zamanlarda Azərbaycanın da belə bir addım atacağını gözləyirlər.