Cheney Busha məsləhət verirmiş ki, Suriyanı bombalasın

New York Times qəzetinin əldə etdiyi məlumata görə, ABŞ-ın keçmiş vitse-prezidenti Dick Cheney yeni nəşr olunacaq xatirələrində yazır ki, o, prezident Busha məsləhət görürmüş ki, Suriyada şübhəli atom reaktorunu bombalasın.
Ancaq Bush bu məsləhəti rədd edib.

Cheneyin “Mənim vaxtımda: Şəxsi və siyasi xatirələr” adlı kitabı avqustun 30-da çıxacaq.