Yaponiyanın baş naziri istefa verib

Yaponiyanın baş naziri Naoto Kan istefa verib. O sağçı Demokrat Partiyasının lider postunu da tərk edib. Naota Kan zəif iqtisadi siyasət yürütdüyünə görə tənqid olunurdu.

Partiyanın yeni sədri avqustun 29-da seçiləcək. Həmin şəxs də yeni baş nazir olacaq.

Bu vəzifəyə keçmiş xarici işlər naziri Seiji Maehara, maliyyə naziri Yoshihiko Noda, ya da ticarət naziri Banri Kaiedanınseçiləcəyi gözlənilir.